Maşın vuran əməkdar artistin vəziyyəti ağırdır: Çanaq sümüyü sınıb, qara ciyəri zədələnib (FOTO)

15:58 - 27 Oktyabr 2021

Maşın vuran əməkdar artistin vəziyyəti ağırdır: Çanaq sümüyü sınıb, qara ciyəri zədələnib (FOTO)

Əməkdar artist Elizbar Osmanovun vəziyyəti ağırdır.

Manset.az xəbər verir ki, yaxınlarının Qaynarinfo-ya verdiyi məlumata görə, sənətçinin vəziyyəti ağır olaraq qalır. 

Çanaq sümüyü sınan və qara ciyəri zədələnən əməkdar artist hazırda reanimasiyadadır və süni tənəffüs aparatına qoşulub.
 
Qeyd edək ki, Elizbar Osmanovu dünən axşam saatlarında Nəsimi rayonu, Bakı Dövlət Sirkinin yaxınlığında maşın vurub. 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən əməkdar artist dərhal əməliyyat olunub.



Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin