Konkret.az saytının 5 yaşı tamam oldu

11:32 - 2 İyul 2024

Konkret.az saytının 5 yaşı tamam oldu

Konkret.az saytının yaranmasından 5 il ötür.


Manset.az xəbər verir ki, sayt 2019-cu il iyulun 2-də fəaliyyətə başlayıb. Qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan mediasında özünəməxsusluğu ilə seçilən saytda ölkəmizdə və dünyada baş verən xəbərlər operativ şəkildə işıq üzü görüb. Onlayn qəzet olaraq saytda dərc edilən analitik materiallar, araşdırma, müsahibə və digər janrlarda bir-birindən maraqlı yazılar geniş oxucu kütləsi qazanıb.

Ölkəmizdə milli mətbuat ənənələrinin qorunmasında saytın da xüsusi rolu var. 

Qeyd edək ki, saytın baş redaktoru Fadil Paşayevdir. 

"Manset.az" kollektivi adından həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin