Bəzi müəssisələr dəyişkən iş qrafikinə keçəcək
30 Yanvar 2025
10:05 - 2 İyul 2024
Futbol üzrə Ukrayna millisinin yarımmüdafiəçisi Viktor Tsıqankovun həyat yoldaşı Romana Tsıqankova Almaniyada keçirilən Avropa çempionatında zəif çıxış edən ərini özünəməxsus şəkildə cəzalandırmaq qərarına gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın "Jirona" klubunda çıxış edən ukraynalı yarımmüdafiəçi cəza olaraq həyat yoldaşının göstərişi ilə mənzilinin döşəməsini silməyə məcbur qalıb.
Görüntüləri futbolçunun xanımı özünün "Instagram" səhifəsində paylaşıb.
Xatırladaq ki, Ukrayna Avro-2024-ün qrup mərhələsində E qrupunda mübarizə aparıb. Belçika, Rumıniya və Slovakiyaya rəqib olan Ukrayna qrupu sonuncu - dördüncü yerdə bitirib. Rumıniya və Belçika növbəti mərhələyə yüksəliblər.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin