Avtomobil palçıq çuxurunda batdı - VİDEO

09:53 - 2 İyul 2024

Avtomobil palçıq çuxurunda batdı - VİDEO

Barnaulda (Rusiya) dayanacaqda qalan "Jeep Cherokee" markalı avtomobil hidravlik sınaqlar zamanı kommunal qəza nəticəsində palçıq çuxuruna düşüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda avtomobilin bir dəqiqə ərzində yaranan çuxura necə batdığını görmək olar.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtomobillə bağlı bunu demək mümkün deyil. Xilasedicilər kran vasitəsilə avtomobili çuxurdan çıxararaq evakuatora yükləyiblər.

Həmin görüntüləri təqdim edirik:

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin