Paytaxtın mərkəzində çökən yolda problem aradan qaldırıldı - YENİLƏNİB

14:05 - 2 İyul 2024

Paytaxtın mərkəzində çökən yolda problem aradan qaldırıldı - YENİLƏNİB

"Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yolda yaranan problem gecə saatlarında aradan qaldırılıb".
 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Anar Cəbrayıllı deyib.

 

***

09:59

Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yol çöküb.


Manset.az xəbər verir ki, nəticədə nəqliyyatın hərəkəti çətinləşib və yolun bir hissəsi bağlanıb.

Yaranan vəziyyətdən isə ən çox əziyyət çəkən sürücülərdir.

Onlar iddia edirlər ki, küçənin ortasındakı bu çökmə bir neçə gün əvvəl yaranıb. Nəticədə isə bir neçə avtomobilin təkərləri partlayıb.

Məsələ ilə bağlı "Azərsu"ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət olunsa də nəticə əldə olunmayıb.

Ətraflı "ATV Xəbər"in süjetində:


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin