Ukrayna nümayəndə heyəti ABŞ-yə gedəcək

22:25 - 1 İyul 2024

Ukrayna nümayəndə heyəti ABŞ-yə gedəcək

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov, Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və energetika naziri German Qaluşenko iyulun 2-də Vaşinqtona gedəcəklər.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Onların əsas vəzifəsi ABŞ və alyansın gələn həftə keçiriləcək sammitində Kiyevə hansı təhlükəsizliyə təminat verməyə hazır olduqlarını öyrənməkdir”, - məlumatda bildirilir.


Bildirilib ki, Ukrayna nümayəndə heyətini ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan qəbul edəcək.
Qeyd olunur ki, Volodimir Zelenski də ABŞ paytaxtında keçiriləcək sammitə dəvət olunub.


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin