Dövlət Məşğulluq Agentliyində YENİ TƏYİNAT - FOTO

21:09 - 1 İyul 2024

Dövlət Məşğulluq Agentliyində YENİ TƏYİNAT - FOTO

Dövlət Məşğulluq Agentliyinin idarə heyəti sədrinə yeni müşavir təyin olunub.

 

Manset.az "Report”-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Səməd Sahibzadə gətirilib.

Qeyd edək ki, S.Sahibzadə ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çin Xalq Respublikasında Dövlət İdarəetməsi (MPA) ixtisası üzrə magistr təhsili alıb. 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük məsləhətçi vəzifəsində çalışıb.



Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin