Dünyaşöhrətli yazıçı vəfat etdi - FOTO

18:50 - 1 İyul 2024

Dünyaşöhrətli yazıçı vəfat etdi - FOTO

Dünyaşöhrətli albaniyalı yazıçı İsmail Kadare 88 yaşında vəfat edib.


Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb .

Bildirilib ki, o, sağlamlıq problemləri ilə əlaqədər bu gün səhər xəstəxanaya yerləşdirilib.

Amma onun ölüm səbəbi hələ ki məlum deyil.

Prezident Bayram Beqay və digər rəsmi şəxslər yazıçının ölümü ilə bağlı başsağlığı veriblər.

O, uzun müddət kommunist rejiminə qarşı mübarizə aparıb. İ.Kadarenin məşhur əsərləri arasında "Daşda salnamə", "Böyük tənhalığın qışı" var. İ.Kadare bir çox beynəlxalq mükafatlara layiq görülüb, əsərləri xarici dillərə tərcümə olunub.



Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin