Azərbaycanda xəstəxana direktoru vəzifəsindən azad edildi

18:29 - 1 İyul 2024

Azərbaycanda xəstəxana direktoru vəzifəsindən azad edildi

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev tutduğu vəzifəsindən azad edilib.

 

Manset.az xəbər verir ki, bu barədə "Report"un Qərb bürosu məlumat yayıb.

F.Abdullayev bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.

TƏBİB-dən verilən məlumata görə, Mingəçevir Şəhər Xəstəxanasının direktoru əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunub.


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin