"Qayıdış hüququ Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir" - İlham Əliyev

17:53 - 1 İyul 2024

Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.


Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən qayıdış hüququ ilə əlaqədar diplomatın şərhinə cavabında deyib.

Bu xüsusda dövlət başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin