İşğaldan azad olunan ərazilərə ayrılan vəsaitin həcmi AÇIQLANDI

17:58 - 1 İyul 2024

İşğaldan azad olunan ərazilərə ayrılan vəsaitin həcmi AÇIQLANDI

"Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlət proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb".


Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov bildirib.

"Bununla yanaşı, özəl sektorun da bərpa-quruculuq işlərində iştirakını dəstəkləyirik və təşviq edirik. Hazırda həm dövlət-özəl tərəfdaşlığı, həm də birbaşa investisiya ilə bir sıra sahibkarlar həmin ərazilərdə fəaliyyət göstərirlər", - deyə o qeyd edib.


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin