Ölüm cəzasına məhkum edilənlər və terrorçular həbsxanadan qaçdılar

17:21 - 1 İyul 2024

Ölüm cəzasına məhkum edilənlər və terrorçular həbsxanadan qaçdılar

Pakistanın Kəşmir bölgəsindəki Ravalakot şəhərində həbsxanadan ən azı 19 məhbus, o cümlədən terrorizmə görə ölüm cəzasına məhkum edilmiş altı nəfər qaçıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan yerli hüquq-mühafizə orqanından xəbər verilib.

Məlumata görə, məhbuslardan biri qaçmağa cəhd edərkən yaralanıb və sonradan həbsxana xəstəxanasında vəfat edib.

Qaçanlar arasında təkcə terrorçular deyil, həm də uzunmüddətli həbs cəzası çəkən, o cümlədən 25 il azadlıqdan məhrum edilmiş təhlükəli cinayətkarlar var.

Hüquq-mühafizə orqanları qaçan məhbusları axtarışa verib. Bundan başqa, həbsxananın səkkiz əməkdaşı qaçış hadisəsinin araşdırılması müddətində saxlanılıb.

Qeyd edək ki, həbsxanaların işinə cavabdeh olan bir neçə məmur vəzifəsindən azad edilib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin