Tovuzda dörd gün əvvəl döyülən kişi xəstəxanada öldü

16:21 - 1 İyul 2024

Tovuzda dörd gün əvvəl döyülən kişi xəstəxanada öldü

Tovuzda döyülən 66 yaşlı kişi ölüb.


Manset.az xəbər verir ki, hadisə iyunun 28-də rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib.

Kənd sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyev heyvanları örüşdən qaytararkən qəbiristanlıq ərazisində kənd sakinlərindən biri ilə mübahisə edib.

Kənd sakini ondan heyvanları buradan aparmasını tələb edib. Nəticədə mübahisə dava ilə yekunlaşıb. Müxtəlif bədən xəsarətləri alan Novruz Hacıyev xəstəxanaya yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 66 yaşlı kişi bu gün xəstəxanda ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin