Nail Abdullayevə yüksək vəzifə verildi- FOTO

15:08 - 1 İyul 2024

Nail Abdullayevə yüksək vəzifə verildi- FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna müavin təyin edilib.
 

Manset.az Banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Nail Abdullayev təyinat alıb. O, bu yeni və əsas rolda  "Azəriqaz"da transformasiya layihəsinə rəhbərlik edəcək.

2013-cü ildən Nail Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyatın Tənzimlənməsi" bakalavr təhsili, Bahçeşehir Universitetində "Biznesin idarə edilməsi" (MBA) üzrə isə magistr təhsili alıb.



Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin