Toy zamanı qonaqları güllələdilər - Ölən var

15:06 - 1 İyul 2024

Toy zamanı qonaqları güllələdilər - Ölən var

Fransada naməlum şəxslər toy zamanı atəş açıblar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Mozel departamentinin Tionvil şəhərində baş verib. Əllərində silah olan bir qrup naməlum şəxs 100-ə yaxın insanın toya yığışdığı banket zalına yaxınlaşaraq atışmağa başlayıblar.

Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər güllə yarası alıb. Xəsarət alanlar arasında hamilə qadın da var.

Silahlı basqınçılar qaçıblar. Onların kimliyi və motivləri barədə məlumat verilməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları axtarır.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

3 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin