Yaxınları onu axtarır - FOTO

13:40 - 1 İyul 2024

Yaxınları onu axtarır - FOTO

İyunun 29-da Xızı rayonunun Sitalçay kəndində yaşayan 18 yaşlı Günəş Allahverdiyeva yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, evdən çıxarkən hicablı qızın əynində göy rəngli uzun paltar və qara rəngli əl çantası olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Xızı rayon Polis Şöbəsinə (02331) 5-01-31, (051) 404-77-00 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin