Paşinyan referendum fikri ilə razı deyil

12:42 - 1 İyul 2024

Paşinyan referendum fikri ilə razı deyil

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzv olması ilə bağlı referendumun keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. 

Manset.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Bununla belə, o, Ermənistan xalqının Avropa maraqlarının olduğunu qeyd edib:

“Bizə deyirlər ki, xalqın Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Mən özüm demişəm ki, Ermənistan Aİ bunu mümkün hesab etdiyi qədər ittifaqa yaxın olmağa hazırdır. Ermənistan xalqının bu ideyanı dəstəklədiyini düşünməsəydim, belə bir açıqlama verməzdim. Əgər biz referendum keçiririksə, kampaniya təşkil etməliyik. Bu halda insanlar suallar verməyə başlayacaq: necə, nə zaman, Aİ bunu istəyir ya yox? İnsanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaq. Mən bu suala cavab verə bilmərəm, çünki Aİ daxilində də seçkilərin yekunu ilə bağlı suallar doğuran proseslər baş verir”.


Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin