Siyavuş Novruzov namizədliklə bağlı xəbəri təkzib etdi
3 İyul 2024
12:18 - 1 İyul 2024
"İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmürlər".
Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir:
"Təbii ki, bu da elmə əsaslanmalıdır".
M.Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir:
"Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repetitorlar çıxıblar. Bu, tək bizim ölkədə olan problem deyil. Misal olaraq, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmürlər, o ki qalmışdı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin