Saxta silahı olan 13 yaşlı uşaq öldürüldü - VİDEO

11:58 - 1 İyul 2024

Saxta silahı olan 13 yaşlı uşaq öldürüldü - VİDEO

ABŞ-nin Nyu-York ştatında təqib zamanı saxta silahı təhlükəsizlik qüvvələrinə doğrultduqdan sonra polis tərəfindən güllələnən 13 yaşlı uşaq geniş müzakirələrə yol açıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, baş verən hadisədən sonra uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib. Müayinə zamanı məlum olub ki, uşağın əlindəki silah saxtadır və həqiqi güllələr aça bilmir.

Hadisədən sonra polis bölməsinin qarşısında böyük izdiham yaranıb və nümayişlər keçirilib. 

Faktla bağlı araşdırma aparılır.

ABŞ-da polis saxta silahla uşağı öldürüb

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin