Makron seçkidə uduzdu

11:25 - 1 İyul 2024

Makron seçkidə uduzdu

Fransa prezidenti Emmanuel Makronun koalisiyası parlament seçkilərinin birinci turunda 20,76 faiz səs toplayaraq üçüncü yerdə qərarlaşıb.


Manset.az xəbər verir ki, parlamentdəki Milli Birlik fraksiyasının keçmiş rəhbəri Marin Le Pen bildirib ki, partiya parlament seçkisinin birinci turu zamanı "makronist bloku məhv edib".

Onun sözlərinə görə, səsvermənin ikinci turu həlledici olacaq.

Qeyd edək ki, iyunun 30-da Fransada parlament seçkilərinin birinci turu keçirilib. İlkin məlumata görə, ən çox səsi sağçı Milli Mitinq partiyası toplayıb. Onu vətəndaşların 34,2%-i dəstəkləyib.

İkinci və üçüncü yerləri sol partiyaların "Yeni Xalq Cəbhəsi" və "Respublika Naminə Birgə" prezident blokunun koalisiyası tutur. Onlara müvafiq olaraq ölkə sakinlərinin 29,1%-i və 21,5%-i səs verib.


Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin