Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
10:27 - 1 İyul 2024
Fransanın paytaxtı Parisdə parlament seçkisinin ilk nəticələrinin elan edilməsindən dərhal sonra nümayişlər başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, polislə nümayişçilər arasında əsas toqquşma paytaxtdakı Respublika Meydanında baş verib. Əraziyə polis əməkdaşları göndəriliblər.
Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulublar. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa və zibil qutularını yandırmağa başlayıblar.
Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin