Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanıldı

10:23 - 1 İyul 2024

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanıldı

Bu gündən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.


Manset.az xəbər verir ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Proses iyulun 30-da bitəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 20-də imzaladığı sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.


Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin