Çində təbii fəlakət - 200 minə yaxın insan təxliyə edildi - FOTO

09:23 - 1 İyul 2024

Çində təbii fəlakət - 200 minə yaxın insan təxliyə edildi - FOTO

Çin hakimiyyəti ölkənin şərqindəki Anhoy əyalətində güclü yağışlar səbəbindən təxminən 200 min sakini təxliyə edib.


Manset.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Məlumata görə, fəlakət zonasında 800 mindən çox insan var. Vəziyyət Avrasiyanın ən uzun və ən bol sulu çayı olan Yanszıda suyun səviyyəsinin kəskin artması ilə ağırlaşır. Patrul və bəndlərin möhkəmləndirilməsi üçün təxminən 26 min nəfəri səfərbər edilib.



Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin