Siyavuş Novruzov namizədliklə bağlı xəbəri təkzib etdi
3 İyul 2024
23:19 - 30 İyun 2024
Qaxda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Əfsanə Rəhim qızı Batmaz və onun iki övladı 2012-ci il təvəllüdlü Sera Tamer qızı Batmaz və 2021-ci il təvəllüdlü Karan Tamer oğlu Batmaz Türkiyə vətəndaşlarıdır.
Qəza zamanı altı nəfər xəsarət alıb. Onlara Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.
Yaralılardan biri müayinə və müalicəsini davam etdirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Üçü Türkiyə vətəndaşı olmaqla qalan beş yaralı isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin