“Məni döyə-döyə apardılar, pullarım dağıntılar altında qaldı” - Video

22:06 - 30 İyun 2024

“Məni döyə-döyə apardılar, pullarım dağıntılar altında qaldı” - Video

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında söküntü işləri zamanı yaranan qalmaqalın bəzi detalları məlum olub.

 

Manset.az xəbər verir ki, bununla bağlı Real TV hadisə zamanı evindən zorla çıxarıldığını deyən qadınla həmsöhbət olub.
Ev sahibi Afət Quliyevanın sözlərinə görə, "İbrahim Q" MTK tərəfindən aparılan söküntü işləri zamanı ona heç bir məlumat verilməyib və bununla bağlı məhkəmə qərar çıxarmayıb:
 "Evdə tək idim, heç bir xəbərdarlıq olunmadan axşam saatlarında mənzilin elektrik enerjisini kəsdilər. Qonşularım enerjini bərpa etdikdən qısa müddət sonra 35 nəfərdən ibarət işçi qrupu traktorla vurub evi dağıtdılar. Məni isə sürüyərək döyə-döyə apardılar. Bütün zinət əşyalarım, pullarım dağıntılar altında qalıb".
Məsələ ilə bağlı "İbrahim Q" MTK-nın vəkili Yavər Yavərzadə də münasibət bildirib. 
Daha ətraflı süjetdə:

 


Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin