SON DƏQİQƏ: Azərbaycanda Aİ-92 və dizelin qiyməti dəyişdi - Yeni qiymətlər

20:23 - 30 İyun 2024

SON DƏQİQƏ: Azərbaycanda Aİ-92 və dizelin qiyməti dəyişdi - Yeni qiymətlər

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Bu barədə Manset.az-a Tarif Şurasından məlumat verilib.

Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək.


Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin