“Qarabağ”dan ayrılan forvard “Bandırmaspor”da

18:33 - 30 İyun 2024

“Qarabağ”dan ayrılan forvard “Bandırmaspor”da

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi “Bandırmaspor”la müqavilə imzalayıb.

Bu barədə klub mətbuat xidməti məlumat yayıb. Onunla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bir il “Qarabağ”ın şərəfini qoruyan Diakabi mövsümün sonunda komandadan ayrılıb.

Qeyd edək ki, fransalı futbolçu “Qarabağ”ın heyətində Premyer Liqada son mövsümdə 16 oyunda 5 qol, 2 assistlə yadda qalıb.


Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin