İsrail Baydenin Qəzza planına sadiqdir - Netanyahu

17:37 - 30 İyun 2024

İsrail Baydenin Qəzza planına sadiqdir - Netanyahu

İsrail ABŞ prezidenti Co Baydenin təklif etdiyi Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsini nəzərdə tutan plana sadiq qalır.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, onun həyata keçirilməsinə bütün maneələri Fələstinin "HƏMAS" hərəkatı yaradır.

"Bu gün hamı sadə bir həqiqəti bilir: girovlarımızın azad edilməsinə yeganə maneə "HƏMAS"dır. Diplomatik və hərbi təzyiqləri, xüsusən də sonuncunu birləşdirərək, biz onların hamısını - diri və ölü 120 girovun hamısını geri qaytaracağıq", - deyə o bildirib.


Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin