İzmirdə partlayış olub - Ölənlər və yaralılar var

17:20 - 30 İyun 2024

İzmirdə partlayış olub - Ölənlər və yaralılar var

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda un məmulatları mağazasında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə yerli vaxtla 15:00 (Bakı vaxtı ilə 16:00) radələrində olub.

Hadisə zamanı ölən üç nəfərlə yanaşı xeyli insanın yaralandığı bildirilir. Yerli KİV yaralı sayının azı 16 nəfər olduğunu bildirsə də, məlumat hələlik təsdiqini tapmayıb.

Partlayış səbəb qaz sızması olduğu güman edilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları cəlb olunub.


Xəbər xətti

3 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin