"İran sağlam düşüncə ilə hərəkət edərsə, Azərbaycanla arasında heç bir problem olmaz" - Ərdoğan

12:44 - 27 Oktyabr 2021

"Ümid edirik ki, İran sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq".

Manset.az "HaberGlobal"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli mövqedədir və heç bir güzəştə getmir. O dedi: “Biz İsrailə heç bir güzəşt etmirik. Biz İsraillə hər cür mal mübadiləsi edə bilərik. Biz müxtəlif ölkələrlə necə davranırıqsa, İsraillə də bu cür əlaqələrimiz var və gələcəkdə də bunu davam etdirəcəyik”.

Bu məsələlərdə ölkələr bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməz. Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq".


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin