Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
16 Noyabr 2024
12:35 - 27 Oktyabr 2021
“Aparılan müşahidələr zamanı baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur”.
Manset.az xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O qeyd edib ki, bəzi sürücülərin tələskənliyi və məsuliyyətsizliyi ucbatından ağır faciələrə səbəb olan yol-nəqliyyat hadisələri baş verir:
“Hər bir sürücü piyadalara münasibətdə qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidir. Sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya və yol ayırıcından sağa və sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Əks təqdirdə bu, inzibati məsuliyyət yaradır. Cəriməsi isə 50 manatdır”.
“Sürücülər unutmamalıdır ki, “Yol Hərəkəti Haqqında Qanun” onların üzərinə hadisədən maksimum yayınmaq üçün öhdəlik qoyub. Yəni, sürücünün diqqəti olduqca önəmlidir. Sürücüləri bu tələblərə əməl etməyə və bədbəxt hadisələrə zəmin yaratmamağa çağırırıq. Kiçik bir diqqətsizlik sürücünün həyatını zülmətə çevirə bilər. Qaydalara əməl edək, özümüzü bədbəxt hadisələrdən qoruyaq", - o vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin