COVID-19 pasportu satan şəxslərə cinayət işi açıldı

12:10 - 27 Oktyabr 2021

COVID-19 pasportu satan şəxslərə cinayət işi açıldı

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Manset.az-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən olunması məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin