İsrailin Belqraddakı səfirliyinə hücum - Mühafizə polisi yaralandı

23:35 - 29 İyun 2024

İsrailin Belqraddakı səfirliyinə hücum - Mühafizə polisi yaralandı

Serbiyanın paytaxtı Belqradda bir nəfər İsrail səfirliyini qoruyan Serbiya Daxili İşlər Nazirliyinin zabitinə hücum edib.

 

Manset.az xəbər verir ki, hücumçu arbaletlə polisi boyun nahiyəsindən yaralayıb.

Daha sonra cinayətkar hüquq-mühafizə orqanı əməkdaşının cavab atəşi ilə zərərsizləşdirilib.

Xəsarət alan zabit Belqrad xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib və uğurla əməliyyat olunub.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin