"Neftçi"dən iki transfer

22:50 - 29 İyun 2024

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Neftçi" daha bir transferini rəsmiləşdirib.

 

Manset.az xəbər verir ki, "ağ-qaralar" Azərbaycan millisinin üzvü Emil Səfərovla üç illik müqavilə imzalayıblar.

"Qəbələ"nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, yığmanın heyətində dörd oyuna çıxıb.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.

 


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin