Serbiyada terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan elan edilib

22:43 - 29 İyun 2024

Serbiyada terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan elan edilib

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, müvafiq qərar insanların sıx olduğu yerlərdə təhlükəsizlik qüvvələrinin sayının əhəmiyyətli dərəcədə artmasını nəzərdə tutur.

Xatırladaq ki, bu gün bir nəfər İsrail səfirliyini qoruyan Serbiya Daxili İşlər Nazirliyinin zabitini arbaletlə boyun nahiyəsindən yaralayıb. Daha sonra cinayətkar hüquq-mühafizə orqanı əməkdaşının cavab atəşi ilə zərərsizləşdirilib.

Xəsarət alan asayiş keşikçisi Belqrad xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib və uğurla əməliyyat olunub.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin