Mask Baydenin debatdakı çıxışını məsxərəyə qoydu

21:43 - 29 İyun 2024

Mask Baydenin debatdakı çıxışını məsxərəyə qoydu

Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ prezidenti Cozef Baydenin keçmiş Amerika lideri Donald Trampla debatdakı çıxışını ələ salıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İ. Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Baydeni debatın qalibi elan edən Demokrat Partiyasının paylaşımına cavab olaraq amerikalı milyarder “Çox gülməlidir” şərhini yazıb.

Xatırladaq ki, ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı prezidenti Cozef Bayden və keçmiş prezident Donald Tramp arasında seçkiqabağı teledebatlar baş tutub.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin