Azərbaycanda söyüşə görə qonşudan dəhşətli əməl

21:36 - 29 İyun 2024

Azərbaycanda söyüşə görə qonşudan dəhşətli əməl

Gəncədə qonşuların davasının detalları məlum olub.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, gecə saatlarında başlayan mübahisə zamanı iki nəfər ciddi, bir nəfər isə yüngül xəsarət alıb.

Qeyd edək ki, dalaşan tərəflər arasında daha əvvəl də mübahisə olub. Bu dəfə mübahisə söyüş səbəbindən daha ağır hal alıb.

Belə ki, 29 yaşlı Pərviz Kazımov içərisində alışdırıcı maddə olan plastik qabı yandıraraq 27 yaşlı qonşusu Muraz Namazovun üzərinə atıb.

Nəticədə M.Namazov və ona kömək etmək istəyən tanışları 31 yaşlı Eltəkin Zeynalov və 20 yaşlı Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı Yanıq Mərkəzinə təxliyə olunublar. Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən P.Kazımov saxlanılıb və o, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin