FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olundu - VİDEO

21:32 - 29 İyun 2024

FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə  cəlb olundu - VİDEO

İntensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinin və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bununla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin qüvvələri su basmış ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin