Zubir hələ 3 il “Qarabağ”da olacaq

21:03 - 29 İyun 2024

Zubir hələ 3 il “Qarabağ”da olacaq

“Qarabağ” Abdullah Zubirlə müqavilənin müddətini uzadıb.

 

Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi instaqram səhifəsində məlumat paylaşılıb.

Ağdam təmsilçisi müqaviləsi bir neçə gündən sonra başa çatacaq futbolçu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

O, 2018-ci ildən çıxış etdiyi “köhlən atlar”da 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, Zubir həmin müddət ərzində Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxıb və 14 dəfə fərqlənib.

O, Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin