Qaxda ağır yol qəzası - Ölənlər var

20:59 - 29 İyun 2024

Qaxda ağır yol qəzası - Ölənlər var

Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin