İsmayıllıda sürüşmə zonasındakı sakinlər köçürülür - VİDEO

20:22 - 29 İyun 2024

İsmayıllıda sürüşmə zonasındakı sakinlər köçürülür - VİDEO

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.

 

Manset.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.

Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin