Bu nazirlik "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq - FƏRMAN

16:00 - 29 İyun 2024

Bu nazirlik

Prezident İlham Əliyev “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

 

Manset.az xəbər verir ki, Fərmanla Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşula biləcək.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin