Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşdü - FOTO

14:00 - 29 İyun 2024

Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşdü - FOTO

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini cənab Çaba Hende ilə görüşüb.

 

Manset.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.

Tərəflər, həmçinin ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.



Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin