Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapıldı

12:15 - 29 İyun 2024

Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapıldı

Astarada 16 yaşlı yeniyetmə qız asılı vəziyyətdə tapılıb.


Manset.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, gecə saatlarında Astara rayonunun Şüvi kənd sakini 16 yaşlı B.Qurbanovanın meyiti yaşadığı evin yarımtikilisində asılı vəziyyətdə tapılıb. Yaxınlarının sözlərinə görə, o, ailədə sakit təbiətli, heç kimlə işi olmayan biri olub. Dünən gecə hər kəslə sağollaşıb yatmağa gedib. Bir müddət sonra ailə üzvləri B.Qurbanovanı asılmış vəziyyətdə tapıblar.

Onun intihar etdiyi bildirilir.

Yeniyetmənin hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Qeyd edək ki, o, iki qardaşın bir bacısı olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin