Türkiyə klubu azərbaycanlı futbolçu ilə razılaşdı

23:58 - 28 İyun 2024

Türkiyə klubu azərbaycanlı futbolçu ilə razılaşdı

Futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qardaş ölkənin TFF I Liqasında çıxış edən "Amedspor" hücumçu ilə yaxından maraqlanır.

Bildirilir ki, Diyarbakır təmsilçisi artıq həmyerlimizlə şifahi razılığa gəlib. Onun transferi rəsmi olaraq yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsümü icarə əsasında "Hatayspor"un heyətində keçirib. Futbolçunun transfer hüquqları İsveçrə "Qrasshopper"inə məxsusdur.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin