Bayden növbəti debatlarda da iştirak edəcək

23:39 - 28 İyun 2024

Bayden növbəti debatlarda da iştirak edəcək

ABŞ Prezidenti Co Bayden sentyabrda respublikaçı Donald Trampla debatların ikinci raundunda iştirak etməyi planlaşdırır.

 

Manset.az oxu.az-a istinadən CNN bu barədə demokratların seçki qərargahının nümayəndələrinə istinadən məlumat yayıb.

Onların fikrincə, debatların bir raundunun nəticəsi prezidenti ikinci müddətə namizəd olmaq hüququndan məhrum etməməlidir, ona görə də Bayden ikinci raundda iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, iyunun 27-də Corciya ştatının Atlanta şəhərində ABŞ tarixində indiki və keçmiş prezidentlər arasında ilk televiziya debatı keçirilib.

ABŞ-da prezident seçkisi noyabrın 5-də baş tutacaq.


Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin