"Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir" - Azərbaycan Prezidenti
2 İyul 2024
22:30 - 28 İyun 2024
Məlum olduğu kimi, Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Magistr Dissertasiya Şuralarında sədrdir.
Manset.az xəbər verir ki, cari ilin iyun ayının 28-də hər iki ali təhsil müəssisəsində Anar Bağırovun sədrliyi ilə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
Hüquqşünas alimlərin iştirakı ilə keçirilən müdafiə prosesində magistrantların dissertasiya işləri yüksək qiymətləndirilib və müdafiələr müvəffəqiyyətlə başa çatıb.
Qeyd edək ki, VK ilə respublikamızdakı Hüquq fakültələri olan bütün universitetlər arasında Memorandum imzalanmışdır. Memorandum çərçivəsində universitetlərlə birgə konfranslar, seminarlar təşkil edilir, həmçinin hüquqşünas tələbələr vəkil bürolarında istehsalat təcrübəsi keçirlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin