Zakir Həsənov macar həmkarı ilə görüşdü - Fotolar

19:24 - 28 İyun 2024

Zakir Həsənov macar həmkarı ilə görüşdü - Fotolar

Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov macar həmkarı Kristof Szalay-Bobrovnicski ilə görüşüb.


Bu barədə Manset.az-a MN-dən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədilə bu cür səfərlərin əhəmiyyəti vurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.



Xəbər xətti

2 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin