Musson yağışları insanların ölümünə səbəb oldu

16:58 - 28 İyun 2024

Musson yağışları insanların ölümünə səbəb oldu

Nepalda son 16 gündə musson yağışları və tufanların yaratdığı torpaq sürüşmələri, ildırım çaxması və daşqınlar nəticəsində azı 28 nəfər ölüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət ölkənin 77 rayonundan 33-nə ziyan vurub, 14 nəfər sürüşmə, 13 nəfər isə ildırım vurması nəticəsində ölüb, 1 nəfər daşqın nəticəsində boğulub, 24 nəfər xəsarət alıb.

Milli Fəlakət Riskinin Azaldılması İdarəsinin nümayəndəsi Dijan Bhattarainin qəzetə bildirdiyinə görə, ən çox insan tələfatı iyunun 25 və 26-da qeydə alınıb. Həmin günlərdə 9 nəfər ildırım vurması, 9 nəfər isə torpaq sürüşməsi nəticəsində ölüb.

Xatırladaq ki, Nepalda güclü musson yağışları iyunun 10-da başlayıb. Bu müddət ərzində təbii fəlakətlərlə bağlı ümumilikdə 147 hadisə qeydə alınıb.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

3 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin