Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
16 Noyabr 2024
09:34 - 27 Oktyabr 2021
Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edən 18 yaşlı pasiyentin mədəsində trixobezoar (tükdən ibarət daş) aşkarlanıb.
Manset.az aztibb-ə istinadla bildirir ki, daşların ağırlığından xəstə artıq yemək yeyə bilmirdi.
Təcili əməliyyat edilən qızın mədəsindən çəkisi 2 370 qram olan iki daş çıxarılıb.
Belə ki, əməliyyatı icra edən cərrahın sözlərinə görə, əsasən qızlarda rast gəlinən bu xəstəlik uzun illər saçını çeynəmək, yaxud sormaqdan sonra yaranır.
Belə halla rastlaşmamaq üçün valideynlər uşaqlarına ciddi nəzarət etməli və mütəmadi ağıza yad cisimlərin aparılmasının qadağan olunmasını xatırlatmalıdırlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin